“Qəbələ”-“Krasnodar” futbol matçının hakimləri bəlli olub

“Qəbələ”-“Krasnodar” futbol matçının hakimləri bəlli olub
17:48 7 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Krasnodar” (Rusiya) matçının hakimləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İstvan Kovaks olacaq. Ona həmyerliləri Miklos Naqi və Vasile Marinesku kömək edəcəklər. Pavel Balaj və Marius Avram əlavə köməkçi hakim, Mihai Ovidiu Artene isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Dekabrın 10-da Bakıda keçiriləcək “Qəbələ”-“Krasnodar” matçı saat 22:00-da başlayacaq.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR