Məhşur şirkətə rəhbər təyin edildi

Məhşur şirkətə rəhbər təyin edildi
17:51 7 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

"Azpetrol" LTD MMC şirkətinin baş direktor postuna təyinat olub.

Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, direktor vəzifəsinə Ceyhun Məmmədov təyin edilib. Ceyhun Məmmədov 1999-cu ildən "Azpetrol" şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Baş direktor vəzifəsinə təyin olunmazdan öncə o, şirkətin Əməliyyat Departamentinin rəhbəri olub.

Şirkətin baş direktoru Hüseynağa Rəhimov 2 gün əvvəl vəzifəsindən azad edilib.

Məlumata görə, H.Rəhimov elmi işini davam etdirmək üçün öz xahişi ilə vəzifəsindən azad edilib.


Hüseynağa Rəhimov - işdən azad edilən direktor


Xatırladaq ki, “Azpetrol” şirkəti 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə fəaliyyətə başlayıb.

MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 76 yanacaqdoldurma (YDM) və 5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir.

Şirkətə 1997-ci ildə yarananda Rafiq Əliyev rəhbərlik edib. Onun rəhbərlik fəaliyyəti 2005-ci ilə qədər davam edib. 2005-ci ildən etibarən isə baş direktor vəzifəsini Hüseynağa Rəhimov həyata keçirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR