​İranda güclü qar səbəbindən məktəblər bir günlük bağlanıb

​İranda güclü qar səbəbindən məktəblər bir günlük bağlanıb
17:57 7 Dekabr 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ İranda güclü qar yağması səbəbindən bəzi əyalətlərdə məktəblər bir günlük bağlanıb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, Şərqi Azərbaycan (mərkəzi Təbriz), Qərbi Azərbaycan ( Urmiya şəhəri) Ərdəbil, Zəncan, Həmədan əyalətləri və Tehrana güclü qar yağıb. Həmin ərazilərdə hava şaxtalıdır. Kənd yolları bağlanıb.
Xəbərdə bildirilib ki, dekabrın 8-də temperaturun artacağı gözlənilir.






Xəbərin orijinal ünvanı: http://report.az/region/i-randa-guclu-qar-sebebinden-mektebler-bir-gunluk

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR