USAID və UNDP Azərbaycanda qadın və gəncləri dəstəkləmək üçün yeni tərəfdaşlığa başlayır

USAID və UNDP Azərbaycanda qadın və gəncləri dəstəkləmək üçün yeni tərəfdaşlığa başlayır
18:03 7 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Antonius Bruk ümumi dəyəri 342 min ABŞ dolları olan Sahibkarlıq və Məşğulluğa İqtisadi Dəstək layihəsinə dair niyyət bəyannaməsini imzalayıblar.

ABŞ səfirliyindən Trend-ə verilən məlumata görə, bəyannamədə Azərbaycan tərəfdaşlarının ölkədə gender və gənclər məsələlərinə yönəlmiş səylərinə dəstək göstərməkdə ABŞ hökuməti və UNDP-nin sadiq qaldıqları bir daha vurğulanır.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə UNDP tərəfindən təşkil olunmuş tədbirdə hökumət nümayəndələri, beynəlxalq təşkilatlar və inkişaf tərəfdaşları iştirak ediblər.

İştirakçıları salamlayan A.Bruk bu təşəbbüsün BMT-nin yeni qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədləri ilə tam uyğunluq təşkil etdiyini vurğulayıb: “Layihə daha yaxşı həyat və daha güclü gender bərabərliyi məqsədilə sahibkarlığa həvəsləndirib layiqli iş yerləri yaratmaqla qadın və gənclərə dəstək göstərəcək”.

R.Sekuta qeyd edib ki, qadınların iqtisadiyyatda və cəmiyyətdə iştirakının artırılması daha güclü iqtisadiyyata və cəmmiyyətə, eyni zamanda qadınların, kişilərin, ailələrin və ümumilikdə icmaların yaşam keyfiyyətinin yüksəlməsinə töhfə verir. O, həmçinin Azərbaycan hökumətinin qadınlar üçün imkanların artırılması istiqamətində atdığı addımları alqışlayıb.

Birgə layihənin məqsədi regionlardakı Qadın Resurs Mərkəzi və iki Məşğulluq mərkəzində bacarıqların artırılması üzrə təlimlər vasitəsilə qadınların sahibkarlıqla məşğul olması üçün iqtisadi imkanların genişləndirilməsi və gənclərin məşğulluğuna dəstək göstərməkdir. Birgə layihə USAID-in maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində UNDP tərəfindən həyata keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR