Matəm günündə qanun pozan TV və radiolara irad

Matəm günündə qanun pozan TV və radiolara irad
18:12 7 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) teleradio yayımçılarının nümayəndələri ilə görüş keçirilib.

APA-nın MTRŞ-nın saytına istinadən verdiyi xəbərə görə, matəm günündə "Space" TV, "Xəzər" TV, "ANS ÇM", "Jazz" FM, "Anten" FM, "Araz" FM tərəfindən "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb.

Qeyd olunub ki, bu gün "Space" TV, "Xəzər" TV, "ANS ÇM", "Jazz" FM, "Anten" FM, "Araz" FM-in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilib və pozuntularla bağlı yayımçılara irad tutulub, müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycanda matəm elan edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 6 dekabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR