“Roma” klubu Totti ilə müqavilə müddətini artırmaq niyyətindədir

“Roma” klubu Totti ilə müqavilə müddətini artırmaq niyyətindədir
18:33 7 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
İtaliyanın paytaxt klubu “Roma” Françesko Totti ilə hələ vidalaşmaq fikri yoxdur
AZƏRTAC “Corriere dello Sport” idman saytına istinadla xəbər verir ki, klub rəhbərliyi 39 yaşlı futbolçu ilə müqavilə müddətini artırmaq istəyir. Artıq növbəti həftə komanda rəsmiləri ilə Tottinin nümayəndəsi arasında bu istiqamətdə danışıqlar nəzərdə tutulub.
Digər bir xəbərə görə, yarımmüdafiəçi futbolçu kimi karyerasını başa vurduqdan sonra klubda fəaliyyətini rəhbər vəzifə daşımaqla davam etdirəcək.
Onun hazırki müqaviləsi isə 2016-cı ilin iyun ayınadək qüvvədədir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR