“Renessans Palace” yaşayış kompleksi”nin “avtomobilsiz həyət” konsepsiyası

“Renessans Palace” yaşayış kompleksi”nin “avtomobilsiz həyət” konsepsiyası
18:33 7 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Paytaxtın “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında “AS Group İnvestment” şirkəti tərəfindən inşa olunan “Renessans Palace” yaşayış kompleksinin 7-ci mərtəbəsində monolit dəmir-beton işləri artıq başa çatıb.
“AS Group İnvestment”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda tikinti işləri binanın 8-ci mərtəbəsində aparılır. Qarşıdan gələn altı ay ərzində isə daha 11 mərtəbədə monolit dəmir-beton işlərinin görülməsi nəzərdə tutulub.
Layihəyə əsasən, kompleksdə uşaq və idman meydançaları, velosiped zolaqları, yaşıllıq və oturacaqlar, 3 mərtəbəli yeraltı dayanacaq olacaq, sakinlər yüksək servis və təhlükəsizlik xidməti ilə təmin ediləcəklər.
Xatırladaq ki, premium klas “Renessans Palace” yaşayış kompleksi” “avtomobilsiz həyət” konsepsiyası əsasında inşa olunur. Bu konsepsiya sayəsində 1,5 hektar ərazisi olan nəhəng park və həyət sakinlərin istifadəsinə veriləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Renessans_Palace_yasayis_kompleksinin_avtomobilsiz_heyet_konsepsiyasi-909035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR