Dörd neftçinin cəsədi Sabunçu morquna gətirildi - FOTO

Dörd neftçinin cəsədi Sabunçu morquna gətirildi  - FOTO
19:12 7 Dekabr 2015
207 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş vermiş faciədə həyatını itirən neftçilərdən dördünün cəsədi 3 saylı Sabunçu xəstəxanasının morquna gətirilib.

Publika.az-ın hadisə yerindəki müxbiri xəbər verir ki, itkin düşmüş neftçilərin yaxınları, eləcə də rəsmi şəxslər xəstəxananın həyətinə toplaşıblar.
 
Neftçilərin yaxınları cəsədlərin kimliyini müəyyənləşdirmək üçün morqda baxışa dəvət olunublar. Artıq cəsədlərin kimə aid olduğu dəqiqləşib: 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlu. Verilən məlumata görə, hüquq-mühafizə orqanları tibbi ekspertiza üçün cəsədləri yarmayacaq.

Cəsədlərin kimliyi müəyyənləşdirəndən sonra yaxınlarına təhvil veriləcək.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR