Azərbaycanın qədim dövlətçilik tarixi vardır

Azərbaycanın qədim dövlətçilik tarixi vardır
19:13 7 Dekabr 2015
130 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) birgə təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Nadir şah Əfşar” mövzusunda növbəti konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, MTK-da təşkil edilən konfransda layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov dövlətçilik tariximizdən və tarixi şəxsiyyətlərimizdən söz açıb. Bildirilib ki, Azərbaycanın beş min illik dövlətçilik tarixi var. Dövlətçilik ənənələri və imperiya yaratmaq mədəniyyəti qədim və zəngin olan xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb.
Y.Mahmudov Əfşarlar imperiyasının banisi Nadir şah Əfşar barədə ətraflı məlumat verib.
Konfransda daha sonra layihənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi alimlər Tofiq Mustafazadə, Camal Mustafayev, Mehman Süleymanov, Güntəkin Nəcəfli, MTK-nın direktoru Nasim Abışov və kompleksin tarix müəllimi Leyla Hüseynova çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Sonra şagirdlərin iştirakı ilə Nadir şaha həsr olunan “Şətrənc” tamaşası göstərilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR