Tehranda İran-Azərbaycan biznes forumu keçiriləcək

Tehranda İran-Azərbaycan biznes forumu keçiriləcək
19:18 7 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 21-dən 23-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İran-Azərbaycan biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildiriblər ki, forumda iştirak etmək üçün Azərbaycan Respublikasının biznes nümayəndə heyətinin İrana səfəri planlaşdırılır. Biznes forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR