İŞİD qruplaşmasının aylıq gəliri 80 milyon dollardır

19:28 7 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Hazırda İŞİD terrorçu qruplaşmasının aylıq qazancı təxminən 80 milyon dollar təşkil edir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat IHS tədqiqat mərkəzinin apardığı analizin nəticələrinə əsaslanır.
Qruplaşmanın gəlirinin təxminən 50 faizi onun nəzarətində olan ərazilərdə kommersiya fəaliyyətindən yığılan verginin, 43 faizi isə neft ticarətinin payına düşür. Bundan başqa, qruplaşmanın gəlir mənbələri sırasına tarixi abidələrin satışından, elektrik enerjisinin çatdırılmasından əldə edilən vəsait və ianələr də daxildir.
Xatırladaq ki, İŞİD hazırda dünya təhlükəsizliyinə ən böyük təhdiddir. Terrorçu qruplaşma üç il ərzində İraq və Suriya ərazilərinin xeyli hissəsini ələ keçirməyə nail olub. Bundan başqa, təşkilat Şimali Afrika ölkələrində də nüfuzunu artırmağa çalışır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISID_qruplasmasinin_ayliq_geliri_80_milyon_dollardir-909063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR