“Riyaziyyat” dərslik dəsti müzakirə olunub

“Riyaziyyat” dərslik dəsti müzakirə olunub
19:28 7 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Şəki şəhərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Şəki Regional Bölməsinin təşkilatçılığı ilə, 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında riyaziyyat fənnindən istifadə edilmiş test tapşırıqlarının və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış VIII sinif “Riyaziyyat” dərslik dəstinin müzakirəsi keçirilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir və Oğuz rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri iştirak ediblər.
TQDK-nın şöbə müdiri Afiqə Batıyeva qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif dərslik dəstinin monitorinqi ilə bağlı görülən işlərdən danışıb.
Sonra cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili barədə məlumat verilib və yeni təhsil proqramı əsasında hazırlanmış VIII sinif “Riyaziyyat” dərslik dəstinin monitorinqinə dair ilkin rəy təqdim edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR