Son 16 il ərzində ilk dəfə!

Şənbə günü La Liqanın 14-cü turu çərçivəsində oynanılan "Valensiya" - "Barselona" matçında qonaqlar heç bir əvəzetmədən istifadə etməyib.

Baş məşqçi Luis Enrike "Mestalya"da Ter Şteqen, Bartra, Munir, Sandro, Adriano, VermalenSerxinin xidmətindən istifadə etməyib. Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, La Liqa tarixində, "Barselona" sonuncu dəfə 16 il öncə - 1998-99 mövsümündə əvəzetmələrdən istifadə etməmişdi. Həmin vaxt "blauqrana"nın baş məşqçisi Lui van Qal idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR