"Neftçilər"də bomba xəbəri yalan çıxdı

"Neftçilər"də bomba xəbəri yalan çıxdı
19:38 7 Dekabr 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Neftçilər" metro stansiyasında partlayıcı qurğu olması barədə xəbər təsdiqini tapmayıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda Bakı Metropoliteninin "Neftçilər" stansiyasında partlayıcı qurğu olması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətnin müvafiq bölmələri hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birlikdə axtarış işləri aparıb və heç bir şübhəli əşya aşkar etməyiblər.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR