Bekhemdən Rusiyaya dəstək

Bekhemdən Rusiyaya dəstək
19:52 7 Dekabr 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur futbol ulduzu Devid Bekhem futbol üzrə dünya çempionatının Rusiyada (2018-ci il) və Qətərdə (2022-ci il) keçirilməsinin ləğvinə etiraz edib.

Goal.az-ın məlumatına görə, ulduz futbolçu "Radio Times"a açıqlamasında korrupsiya qalmaqalları olsa da, bu ölkələrdən dünya çempionatının keçirilməsi hüququnun alınmasını tənqid edib: "Korrupsiya var, ya yox, fərqi yoxdur, bu ölkələr artıq seçilib. Bu qərarı dəstəkləmək lazımdır. Futbolu müxtəlif ölkələrdə inkişaf etdirmək daha əhəmiyyətlidir. Əminəm ki, Qətər iqlim problemlərinin öhdəsindən layiqincə gəlib mundialı mükəmməl infrastrukturla təşkil edəcək. FİFA-dakı qalmaqala gəlincə, bunun növbəti dəfə təkrar olunmasının qarşısını almaq üçün çoxlu işləmək lazımdır".

Nəzərinizə çatdıraq ki, FİFA-dakı rüşvətxorluqlarla bağlı bir neçə yüksək vəzifəli işçi həbs edilib. Qətər və Rusiya isə DÇ-nın keçirilmə hüququnu almaq üçün ali futbol qurumu ilə gizli danışıqlara getdikləri üçün bu qərarın ləğv olunması təklif olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR