"Günəşli"də yanğını 9 gəmi söndürür, yanan quyuların sayı bəlli deyil

"Günəşli"də yanğını 9 gəmi söndürür, yanan quyuların sayı bəlli deyil
20:42 7 Dekabr 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğınla əlaqədar hadisə yerinə yeni 2 kran tipli gəmi cəlb edilib. Bundan əlavə, hazırda 7 gəmi də yanğının söndürülməsində iştirak edir.

Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, yanan quyuların söndürülməsi üçün gəmilər yüksək təzyiqli su ilə təmin edilib: "Orada minimum 1 quyu yanır, amma yanan quyuların dəqiq sayı bəlli deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/388429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR