Yanğın bizə ikiqat zərbə vurdu - VİDEO

Yanğın bizə ikiqat zərbə vurdu - VİDEO
20:47 7 Dekabr 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı yanğın Azərbaycan neftinin hasilatına təsir edib. 

ANS TV-nin məlumatına görə, "Günəşli" yatağındakı platformada 28 quyu fəaliyyət göstərirdi. Bunlardan 24-ü neft quyusu, 4-ü isə qaz quyusudur. Bu yataqdan sutkada 900 ton neft 1 milyon kub metr qaz alınır. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın dediyinə görə, bu platformada işin dayandırılması birbaşa olaraq Dövlət Neft Şirkətinin hasilat payına böyük təsir göstərməsə də itkilər qaçılmazdır. Amma bu neft itkisi realda elə də hiss olunmayacaq. 

Hələlik bu platformada istehsalat tam dayansa da, özülün bərpası və hasılatın geri qaytarılması üçün artıq müəyyən işlərə başlanılıb.

"Azneft" İB-in baş mühəndisi Balamirzə Əlirəhimov isə bildirib ki, gələcəkdə 10-cu özülün bərpasına başlanılacaq:

"Çünki bir hissənin yanması bütün plarformanın sıradan çıxması demək deyil. Yanğın söndürüləndən sonra yararsız hala düşmüş avadanlıqlar yenisi ilə əvəzlənəcək və montaj aparılacaq. Sonda isə quyular bir-bir istismara hazır vəziyyətə gətiriləcək". 

Yanğından baş verən itkiləri kompensasiya etmək üçün Neft Şirkətinin emal zavodlarının kifayət qədər rezerv parkları var. Bu ehtiyyatlar həmən itkiləri əvəz etməyə imkan verir.

Dekabrın 4-ü axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. Baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 7-si dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan ediliblər. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/388430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR