Milli Dram Teatrının direktoru beynəlxalq müsabiqə qaliblərinin elan olunması mərasimində iştirak edəcək

20:48 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov görkəmli türk dramaturqu Haldun Tanerin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Beynəlxalq səhnə əsərləri müsabiqəsi”nin qaliblərinin seçilməsi mərasimində iştirak edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə İ. İsrafilov Avrasiya Yazarlar Birliyinin başçısı Yaqub Öməroğlunun dəvəti ilə beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvü kimi yarışmanın qaliblərinin elan olunması tədbirinə də qatılacaq. Müsabiqənin nəticəsi dekabrın 8-də Ankarada elan olunacaq. Müsabiqəyə 18 ölkədən 109 əsər göndərilib. Qalibləri mükafatlandırma mərasimi Türkiyə Mədəniyyət Nazirliyinin “Kiçik teatr” binasında keçiriləcək.
Qeyd edək ki, TÜRKSOY 2015-ci ili Türkiyənin tanınmış dramaturqu, yazıçı və jurnalist Haldun Tanerin (1915-1986) anadan olmasının 100 illiyi münasibətilə “Haldun Taner ili” elan edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Dram_Teatrinin_direktoru_beynelxalq_musabiqe_qaliblerinin_elan_olunmasi_merasiminde_istirak_edecek-909117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR