SOCAR: dörd nəfərin cəsədi ailə üzvlərinə təhvil verilib

SOCAR: dörd nəfərin cəsədi ailə üzvlərinə təhvil verilib
20:48 7 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC
Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabunçu Şöbəsinə gətirilən 4 nəfər işçinin cəsədi artıq tanınıb. Onlar "28 May" neft və qazçıxarma idarəsinin işçisi Quliyev Fəxrəddin Xancan oğlu, kompleks qazma işləri trestinin işçiləri Babayev Mikayıl İsmayıl oğlu və Mayılov Samir Cahangir oğlu, tikinti-quraşdırma trestinin işçisi İsgəndərov Habil Tağı oğludur. Cəsədlər artıq ailə üzvlərinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 7-də saat 20-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR