“Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1380-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikas

21:28 7 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1380-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2015-ci il.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinda_2016_ci_il_uchun_ehtiyac_meyarinin_heddi_haqqinda_Azerbaycan_Respublikasinin_2015_ci_il_20_oktyabr_tarixli_1380_IVQ_nomreli_Qanununun_tetbiqi_barede__Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-909138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR