"Real" "Bavaria"nın forvardı Robert Levandovskini transfer etmək üçün hərəkətə keçib.
Goal.az AS nəşrinə istinadən xəbər verir ki, polşalı futbolçunun agenti Çezari Kuxarski La Liqanın XIV turunda keçirilən "Real" - "Hetafe" (4:1) matçını stadiondan izləyib. O, klubun dəvəti ilə təşrif buyurumuş şəxslərin əyləşdiyi tribunada olub.
Məlumatda Kuxarski Madrid təmsilçisinin prezidenti Florentino Pereslə bu barədə söhbət etdiyi bildirilir.
Levandovskinin "Bavariya" ilə müqaviləsinin müddəti 2019-cu ilə qədər olsa da, ancaq rəhbərlik anlaşmanın müddətini daha da uzadaraq onu komandanın ən yüksək maaşlı oyunçusu etmək niyyətindədi. Futbolçu Münhen klubunun ilk təklifini rədd edib.
Təcrübəli futbolçu hazırda ilinə 10 milyon avro qazanır (vergiləri çıxmaqla). Bu halda, "Real" ona illik 12 milyon avro təklif edəcək ki, ulduz futbolçu Kriştianu Ronaldudan sonra komandanın ən yüksək maaşlı oyunçuları arasında ikinci olacaq.
Milli.Az