İpoteka kreditlərində ödəniş azalıb - VİDEO

İpoteka kreditlərində ödəniş azalıb - VİDEO
22:17 7 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bank ipoteka kreditləri ilə bağlı müsbət statistika açiqlayıb. Son ayların nəticələrinə görə, ipoteka kreditlərinin aylıq ödəniş məbləği azalıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ekspertlər bu tendensiyanın gələn il də davam edəcəyini proqnozlaşdırırlar.

Amma ipoteka krediti almaq istəyənlər daha bir vacib məlumati bilməlidirlər. 

İpoteka kreditlərinin orta illik faiz dərəcələri azalıb: 6,82%-dən 6,71%-ə. Bununla da ipoteka kreditlərinə görə aylıq ödəniş məbləği orta hesabla 319 manatdan 297 manata düşüb.

Rəqəmlər Mərkəzi Bankın yanvar-oktyabr aylarını əhatə edən statistikasıdır.

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, faiz dərəcələrinin düşməsi əsasən bankların öz təşəbbüsü ilə verdikləri kommersiya ipoteka kreditlərinin faizlərinin endirilməsi ilə bağlıdır. Əgər əvvəllər kommersiya ipotekası 14 faizlə verilirdirsə, indi bu rəqəm 9-11 faiz arasındadır. Ekspertin fikrincə bu tendensiya gələn il də davam edəcək.

Amma hazırda 4 və 8 fazilə təklif olunan sosial və adi ipoteka kreditlərinin daha aşağı faizlə verilməsi də mümkündir.

Mövcud qanunvericilikdə 4 və 8 faiz, sosial və adi ipoteka kreditlərinin maksimal həddi kimi göstərilib.

Əksər vətəndaşlar qanunvericiliyin bu bendindən xəbərsiz olduqlarına görə, daha aşağı faizlə ipoteka kreditlərinin verilməsinə demək olar ki, rast gəlinmir. Məlum məsələdir ki, bu vəziyyət banklara da sərf edir.

Deməli, xüsusi ilə bankla uğurlu əməkdaşlıq edənlər, adi ipoteka krediti üçün müraciət etdikləri zaman, onun daha aşağı, 6-7 faizlə alınması üçün danışıqlar apara bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR