FTB Blatterə qarşı növbəti araşdırmaya başlayıb

FTB Blatterə qarşı növbəti araşdırmaya başlayıb
22:27 7 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Amerikanın Federal Təhqiqat Bürosu (FTB) FİFA prezidenti Yozef Blatterin "İSL" şirkətindən qurumun məmurlarına pul köçürmələri edilməsində iştirakını araşdıracaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, kompaniyanın 1990-cı illərdə əlverişli teleyayım hüquqlarını almaq üçün 100 milyon dollar ödəməsi FTB tərəfindən təhqiq olunacaq. Blatter bu işdə əli olduğunu inkar edir. Lakin onun Braziliya Futbol Federasiyasının eks-prezidenti Rikardo Teşeyra ilə əlaqəsi şübhə yaradıb. Teşeyra "İSL" şirkətindən rüşvət almaqda ittiham olunmaqla yanaşı, 2018 və 2022 DÇ ev sahibləri müəyyənləşərkən səsvermə hüququndan istifadə edibmiş.

Bundan başqa Endryu Cenninqs adlı müxbir FTB-də Blatterin təqsirsizliyini şübhə altına alan məktub gördüyünü iddia edib. Eks FİFA prezidenti Joao Avelnj tərəfindən yazılmış məktubda "İSL2dən alınan ödənişlər və Blatterin bunlardan xəbərdar olması barədə məlumatlar öz əksini tapıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR