Estoniya prezidenti Aİ-nin Bakıdakı missiyasının keçmiş əməkdaşı ilə evlənir - FOTO

Estoniya prezidenti Aİ-nin Bakıdakı missiyasının keçmiş əməkdaşı ilə evlənir - FOTO
22:37 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Estoniya prezidenti Tomas Hendrik İlves Latviya Müdafiə Nazirliyinin əməkdaşı, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin keçmiş işçisi Yeva Kuptse ilə nişanlanıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Estoniya prezidentinin mətbuat katibi Tomas Sildam bildirib.

"Tomas Hendrik İlves və Yeva Kuptse noyabrın ortalarında nişanlanıblar. Bu, onların şəxsi qərarıdır və Tomas Hendrik İlvesin prezident səlahiyyətlərinə dəxli yoxdur" - deyə mətbuat katibi bildirib.

Latviya KİV-ləri isə yazır ki, Kuptse və İlves neçə illərdir tanışdırlar. Kupse ərli deyil, onun Latviyanın Yunanıstandakı səfiri İvars Pundurasdan bir oğlu var.

Y.Kuptse 2013-cü ilə qədər Aİ-nin Bakıdakı nümayəndəliyinin siyasi məsələlər üzrə əməkdaşı olub. Bundan əvvəl isə Aİ-nin Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebinin müşaviri işləyib. Hazırda o, Latviya Müdafiə Nazirliyində kibertəhlükəsizlik üzrə koordinasiya mərkəzinə rəhbərlik edir.

Y.Kuptse habelə Latviya XİN-də və ölkənin NATO-dakı nümayəndəliyində də diplomatik vəzifələr tutub.

Bu, Estoniya prezidentinin üçüncü izdivacıdır. 61 yaşlı Tomas Hendrik İlves birinci arvadı ilə boşanandan sonra Evelin İlveslə evlənib. Lakin 2014-cü ildə 47 yaşlı Evelin İlves Tallindəki gecə barlarının birində tanış olduğu gənclə əylənərkən görüntüləri mətbuatda yayılıb.

Bu qalmaqaldan sonra Evelin bir müddət ölkəni tərk edib. Bu ilin aprelində isə onlar 11 illik nikahdan sonra rəsmən boşanıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR