ATƏT: Donbasda atəşkəs rejiminin pozulması halları artıb

ATƏT: Donbasda atəşkəs rejiminin pozulması halları artıb
23:22 7 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası münaqişə zonasında atəşkəs rejiminin pozulması hallarının artdığını bildirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın növbəti hesabatında deyilir.
 
"Son günlər, xüsusən dekabrın 6-da, müşahidəçilər təmas xətti boyu və yaxın ərazilərdə partlayışlar və yüngül silahlardan açılan atəş faktlarını qeydə alıb", sənəddə vurğulanııb.
 
Qeyd olunur ki, dekabrın 5-də 22, 6-da isə 181 partlayış qeydə alınıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR