Azәrbaycanda ilk

Azәrbaycanda ilk
23:32 7 Dekabr 2015
66 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"ın kapitanı Rahid Әmirquliyevin bu komandanın forması ilə son oyunlarıdır. Bununla əlaqədar, "Xəzər Lənkəran"ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər mərkəzi stadionunda yerləşən klub muzeyində Rahid Әmirquliyevin forması da yer alacaq.

Milli.Az "qafqazinfo"ya istinadən bildirir ki, bu barədə "Xәzәr Lәnkәran"ın azarkeşlәrlә әlaqәlәndiricisi Elman Tağıyev məlumat verib. Onun sözlərinə görə, bundan sonra kapitanın komandada geydiyi 14 nömrəli forma ilə heç bir futbolçu "Xəzər Lənkəran"da meydana çıxmayacaq:

"İnşAllah Rahid Əmirquliyev özü bir gün geri dönər və o formanı, o 14 nömrəni özü geyib yenidən "Fırtınalar Meydanı"nda "Xəzər Lənkəran"ı kapitan kimi meydana çıxarar!".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR