"Beşiktaş" Taşçını transfer etməyə yaxındır

"Beşiktaş" Taşçını transfer etməyə yaxındır
23:47 7 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

"Spartak"ın müdafiəçisi Serdar Taşçı karyerasını "Beşiktaş"da davam etdirməyə yaxındır. Goal.az "Fotomaç"a istinadən xəbər verir ki, Moskva klubu "qara qartal"dan bu transferə görə 4 milyon avro istəyib. Türk əsilli futbolçu son vaxtlar artan təzyiqlə əlaqədar Rusiyanı tərk etmək istəyir. "Beşiktaş" isə transfer qiymətini aşağı salmaq fikrindədir.

Qeyd edək ki, Taşçı 2013-cü ildən "Spartak"ın şərəfini qoruyur. Onun klubla müqaviləsi 2017-ci ildə başa çatmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR