Emil Əliyev: "Rusiya millisi Türkiyəyə gedəcək, ancaq bir şərtlə..."

Emil Əliyev: "Rusiya millisi Türkiyəyə gedəcək, ancaq bir şərtlə..."
00:05 8 Dekabr 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə dünya çempionatnın seçmə oyunlarında Türkiyə ilə eyni qrupda yer alan Rusiya millisi qrup oyunlarının keçiriləcəyi İzmirə getməyi qəbul edib.

Goal.az "Milliyet"ə istinadən xəbər verir ki, UEFA-ya müraciət edən və oyunların yerini dəyişdirməyə çalışan şimal qonşumuzun bu istəyi qəbul edilməyincə  Türkiyə tərəfi təhlükəsizlik üçün tam təminat verməsinə baxmayaraq, özləri ilə xüsusi təhlükəsizlik əməkdaşları gətirmək şərti irəli sürüblər.
Rusiya Futzal Federasiyasının prezidenti Emil Əliyev verdiyi açıqlamada bunları bildirib: "Milli komanda ilə Türkiyəyə getməyə qərar verdik. Ancaq həm komandamızı, həm də rəsmiləri qorumaq üçün əlavə təhlükəsizlik tədbirləri görəcəyik. Artıq bu barədə qarşı tərəf də məlumatlandırılıb".
Rusiya ilə Türkiyənin eyni qrupda mübarizə aparacağı seçmə oyunlar 10-13 dekabr aralığında İzmirdə keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR