Tacikistanda baş verən zəlzələ evlərə ciddi ziyan vurub

Tacikistanda baş verən zəlzələ evlərə ciddi ziyan vurub
00:13 8 Dekabr 2015
106 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 8 dekabr, AZƏRTAC 
Tacikistan Elmlər Akademiyası Geofizika İnstitutunun məlumatına görə, dekabrın 7-də saat 12.50 dəqiqədə ölkə ərazisində baş verən güclü zəlzələnin episentri Düşənbənin 357, Sarez gölünün 22 kilometrliyində yerləşib.
Məlumatda bildirilir ki, episentrdə zəlzələnin gücü 7,8, Sarez gölü ətrafında 5-6, Düşənbə şəhərində 3-4 bal gücündə qeydə alınıb.
Saat 15.04 dəqiqədə Düşənbənin 370 kilometrliyində baş verən təkrar zəlzələnin gücü isə 5-6 bal gücündə olub.
Zəlzələ nəticəsində Dağ Bədəxşan Muxtar Vilayəti (DBMV) daha çox zərər çəkib. Belə ki, vilayətin Qudara və Budunkul kəndlərində on nəfər yaralanıb, evlərə və yardımçı təsərrüfata ciddi ziyan dəyib.
Düşənbə-Xaroq magistral yolunda daş uçqunu nəticəsində bir sürücü həlak olub, üç yük maşını yararsız hala düşüb.
Tacikistan Prezidenti Emamali Rahmonun tapşırığı ilə DBMV-də zəlzələnin nəticələrinin araşdırılması ilə bağlı komissiya yaradılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistanda_bas_veren_zelzele_evlere_ciddi_ziyan_vurub-909177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR