Moskvada dayanacaqda partlayış: 3 yaralı

Moskvada dayanacaqda partlayış: 3 yaralı
00:49 8 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında avtobus dayanacağında partlayış baş verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında paytaxtın Pokrovka küçəsi, 19 ünvanında yerləşən avtobus dayanacğında baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində üç nəfər yaralanıb.

 

Hazırda hadisə yerində Rusiya hüquq-mühafizə orqanları əməkdaşları, xilas edicilər və təcili tibbi yardım maşınlar var. Partlayışın baş veridiyi məkan əhatəyə alınıb.

 

Baş verən insidentin terror hadisəsi olması ehtimalı var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR