Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib
01:03 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiq edilsin.

Həmin Qanundan irəli gələn məsələlərin həll edilməsi üçün Azərbaycan Nazirlər Kabinetinə və Vergilər Nazirliyinə bir sıra tapşırıqlar verilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR