"Səfərdə qazanılan 1 xal da qızıla bərabərdir" - Tərlan Əhmədov

"Rəvan" - AZAL (0:0) oyunundan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov da mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Əhmədov səfərdə qazanılan xalın qızıla bərabər olduğunu deyib:

"Son pillədə qərarlaşan komandalar mübarizə apardılar. Bizim medallara iddiamız artıq yoxdur. İndi mümkün qədər çox xal toplamalıyıq. Futbolçulardan hücum futbolu tələb etmişdim, oyunçulardan razıyam. Oyunun gedişində edilən məcburi əvəzləmələr də işimizin məzmununa böyük təsir göstərmədi. Səfərdə qazanılan 1 xal da qızıla bərabərdir. Meydançada nə baş verirsə, bu, futbolçular arasında olur. “Sumqayıt”la oyunda rəqibin baş məşqçisi mənim futbolçuma qarşı təhqiramiz söz işlətdi. Bu gün isə “Rəvan”ın məşqçisi Toğrulun futbolçum Tagimin üstünə qışqırması məni özümdən çıxardı. Çalışıram ki, belə adamlara həmişə yerini göstərim".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR