Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırdı

Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırdı
03:19 8 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizəd Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırıb

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Respublikaçılar partiyasının təmsilçisinin yaydığı bəyanatda bildirilir.

 

D.Trampa görə, müsəlmanların müəyyən hissəsinin amerikanlara nifrət bəsləməsi yeni hücumlara səbəb ola bilər. “Hələ ki bunun səbəbi bəlli deyil, ABŞ vətəndaşları yalnız cihada inanan insanların qurbanlarına çevrilməməlidirlər”, bəyanatda deyilir.

 

Prezidentliyə namizəd həmçinin amerikalıları sayıq olmağa çağırıb.

 

ABŞ-İslam Münasibətləri Şurası, öz növbəsində, bəyanatı qətiyyətlə pisləyərək onu faşizm mühitinə adlama kimi qiymətləndirib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR