Dua edən müsəlmanı təyyarədən yarımçıq düşürdülər

Dua edən müsəlmanı təyyarədən yarımçıq düşürdülər
04:01 8 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Danimrkada uçuşdan əvvəl dua edən müsəlman sərnişin başqa bir sərnişinin şikayəti ilə mindiyi təyyarədən düşürülüb. ANS PRESS-in məlumatına görə, hadisə Kopenhagen – Paris reysi ilə uçan təyyarədə baş verib.

İsveçdə bir müsabiqədə iştirak etdikdən sonra Danimarkanın paytaxtı Kopenhagendən “Air France” təyyarəsi ilə Parisə, ordan da Mərakeşə qayıtmaq istəyən 20 yaşlı müsəlman gənc təyyarə havaya qalxarkən dua edib və özünə aid monitorda dini film izləməyə başlayıb. Başqa bir sərnişinin şikayəti ilə müsəlman gənc “Kastrup” hava limanında təyyarədən düşürülüb.


Kopenhagen "Kastrup" Avropanın ən böyük hava limanlarındandır

Faktla bağlı məlumat verən “Kastrup” hava limanının polis rəsmiləri şikayətlə təyyarədən düşürülən gəncin üzərində və baqajında axtarış keçirildiyini, şübhəli heç bir şey tapılmadığını bildiriblər. Polis əməkdaşları həmçinin, mərakeşli gəncin tamamilə səhv anlaşılma səbəbindən təyyarədən düşürüldüyünü qeyd ediblər.

Şəxsiyyəti naməlum gənc növbəti təyyarə ilə ölkəsinə yola salınıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR