Rəsmi Ankaradan Rusiyaya diplomatik həmlə

Rəsmi Ankaradan Rusiyaya diplomatik həmlə
04:56 8 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Türkiyənin İstanbul şəhərindəki Bosfor boğazından keçən Rusiya gəmisinin göyərtəsində əsgərin çiynində raket tutması iki ölkə arasındakı münasibəti gərginləşdirib. ANS PRESS-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş verənləri təxribat kimi qiymətləndirib. Nazir həmçinin belə bir addımın Türkiyə üçün heç bir təhlükəsi olmadığını deyib.

Bundan sonra Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlov izahat verməsi üçün Xarici İşlər Nazirliyinə dəvət olunub. Rusiyanın bu ölkədəki ali təmsilçisi nazirlikdə departament müdiri səviyyəsində qarşılanıb.

Yerli mətbuat bildirir ki, diplomat Andrey Karlovu Xarici İşlər Nazirliyi, İkitərəfli Siyasi Münasibətlər Hava və Dəniz sərhədləri departamentinin müdiri Burak Özügergin qarşılayıb.

Politiloqlar isə fövqəladə və səlahiyyətli səfirin departament müdiri tərəfindən qarşılanmasını ölkələr arasındakı diplomatik münasibətlərin səviyyəsinin aşağı düşürülməsi kimi dəyərləndiriblər.

Bundan əvvəl isə Rusiyanın Türkiyə üçün dünyada önəm verilən 3-5 ölkədən biri olduğu qeyd edilib.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Bir neçə gün əvvəl isə Türkiyənin İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib. Məlumata görə, gəmi boğazdan keçərkən bir Rusiya əsgəri çiynində raketlə görünüb. Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri Yörük Işık və Alper Boler çiynində raket olan əsgərin şəklini çəkiblər. Caesar Kunikov adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub. Hadisə dekabrın 4-də baş versə də şəkillər iki gün əvvəl sosial şəbəkələrdə paylaşılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR