Neftin ucuzlaşması sürətlənib

Neftin ucuzlaşması sürətlənib
05:11 8 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Qlobal neft istehsalının pik səviyyədə qalması fonunda qara qızılın qiyməti 2009-cu ildən bəri ən aşağı qiymətə düşüb. ANS PRESS-in məlumatına görə, “West Texas” markalı xam neft 5.8 faiz ucuzlaşaraq bir barrelin qiyməti 37.65 dollar olub. “Brent” markalı neft isə 5.3 faiz ucuzlaşaraq, bareli 40.73 dollara satılıb. Neftin ucuzlaşma tendensiyası OPEK dövlətlərinin neft hasilatını azaltmaqdan imtina etməsindən sonra daha da sürətlənib.

Dünya neft tələbinin 30 faizə yaxınını ödəyən OPEK-ə üzv olan dövlətlərin nümayəndələri ötən həftə Vyanada bir araya gələrək, hasilat məsələlərini müzakirə edib. İddiaya görə OPEK-in aparıcı qüvvəsi sayılan Səudiyyə Ərəbstan bununla ABŞ-da frekinq üsulu ilə daha ucuz şəkildə şist nef hasil edən şirkətləri, neft bazarından sıxışdırmağa çalışır.

OPEK günə 31.5 milyon barel neft hasilatı tempini olduğu kimi saxlamağa qərar verib. Bundan əvvəl 2014-cü ildə də Səudiyyə Ərəbstanı OPEK-in hasilat kvotalarını yüksək saxlaması ilə bağlı qərara təsir göstərmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR