Müharibəni kiminlə aparmaq lazımdır?

Müharibəni kiminlə aparmaq lazımdır?
07:12 8 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

1970-ci illərin sonlarında Zbiqnev Bjezinski Cimmmi Karterin yanında milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışdığı müddətdə "soyuq müharibənin qırğısı" adını qazanmışdı. Məlumdur ki, o, yetərincə sülhpərvər dövlət müşaviri olan və daha sonra etiraz əlaməti olaraq istefa verən Sayrus Venslə düşmənçilik edirdi. Bjezinski bir sıra istiqamətlərdə sovet blokuna qarşı müqavimət göstərməyə səsləyirdi, 1980-ci ildə isə Moskva Əfqanıstana müdaxilə edərkən, o, təkidlə bildirdi ki, sovet gücünü zəiflətmək üçün Karter mücahidləri maliyyələşdirməyə başlamalıdır. Lakin bu gün ABŞ və Rusiya arasında yeni gərginliyin eskalasiyasına baxmayaraq Bjezinski Moskva və Vaşınqton arasındakı münasibətlərə böyük nikbinliklə baxır və qeyd edir ki, əslində, Amerika və Rusiyanın maraqları bir çox yerdə kəsişir. 

O, "Politico" jurnalının redaktoru Maykl Xirşə müsahibə verib.

- Rusiya təyyarəsinin Türk hava qüvvələri tərəfindən vurulmasına gəldikdə, bu tarixdə ilk hadisədir ki, NATO ölkəsi Rusiya təyyarəsini məhv etdi. Nəzərə alsaq ki, bu Rusiya və Qərb arasında artan gərginliyin fonunda baş verdi, siz baş verənlərə dair nə dərəcədə narahatsınız?

- Bu, ciddi, lakin ölümcül olmayan gərginlikdir. Müəyyən mənada, əgər sağlam düşüncə və dərrakəylə hərəkət edilsə, o zaman ziddiyətlər nəinki bu xoşagəlməz regional problemin həll yolları, hətta üç supergücün hökmranlığına əsaslanan və qlobal sistem tərəfindən ünvanlanan daha fəlakətli aqibətlərin qarşısının alınması üçün faydalı nəticələnə bilər.

- Siz nəyə görə hesab edirsiniz ki, bu mümkündür?

- Düşünürəm ki, Qərb Yaxın Şərqdən gələn xəbərləri yetərincə sakit qəbul etdi, eyni zamanda Rusiyanın bombardamançı təyyarəsinin vurulmasından sonra səslənən təhdidlərin təsiri altına düşmədi. Bundan əlavə, rusların özü də, necə deyərlər, dərindən nəfəs alaraq, anladılar ki, krizisin kəskinləşməsi heç yerə gətirməyəcək. Onun yeganə nəticəsi Rusiyanın təcrid olunacağı ciddi müqavimətin göstərilməsi ola bilər. Çox güman, biz hazırda iki nəhəng dövlət arasında münasibətlərdə - nəinki Türkiyə-Rusiya insidenti ilə bağlı, həmçinin regionda zorakılığın qarşısını almaq üçün səmərəli əməkdaşlığın genişləndirilməsi baxımından - müəyyən irəliləyişin əldə olunmasının astanasındayıq.

- Siz daha dəqiq izah edə bilərsiniz, "səmərəli" dedikdə nəyi nəzərdə tutursunuz?

- Çətin ki, kimsə fikirləşər ki, bu mübahisəni dağıdıcı fəsadlarla nəticələnə bilən, potensial təhlükəli münaqişəni alovlandırmaq üçün istifadə etməyə dəyər. Oktyabrın əvvəlində mən Financial Times-dakı məqaləmdə qeyd etdim ki, Rusiyanı gələcək Yaxın Şərq regionuna dair ciddi danışıqlar aparmağa cəlb etmək üçün səy göstərmək gərəkdir. Hesab edirəm ki, nüvə qüvvələri arasında qarşılıqlı münasibətlərin mürəkkəbliyi ilə əlaqəli olan ümumi təhlükəni nəzərə alaraq, biz hazırda gərəkəni edirik (Vyana danışıqları çərçivəsində).

- Rusların Əsədi dəstəklədiyi və amerikalıların onu istefa verməyə səslədiyi təqdirdə siz Suriya ilə bağlı hər hansı bir qarşılıqlı məqbul hesab edilə bilən qərarın qəbul edilməsini mümükün hesab edirsiniz?

- Suriyada Bəşər Əl-Əsədin hakimiyyətinin saxlanılması Rusiyaya o qədər də sərf etmir və onun təcili şəkildə getməsi ABŞ üçün əhəmiyyətli dərəcədə üstünlük təşkil etməyəcək. Lakin ABŞ və Rusiya arasında ciddi qarşıdurmanın yola verilməməsi hər iki dövlətin maraqları çərçivəsindədir. Ola bilər, mən sadəlöhvəm, lakin mənə elə gəlir ki, bu reallaşma nisbəti yüksək olmayan hallardan biridir. Son bir neçə həftə ərzində isə bu fikrin tam əksi Ukraynadakı münaqişə üçün söylənilə bilərdi. Məhz buna görə mən o zaman ABŞ və Rusiya ilə kompromisin və təhlükəsizlik məsələlərində Ukrayna probleminin "finlandiyalaşmasının"tərəfdarı olduğumu bildirdim. Söhbət Ukraynanın müstəqilliyini qorumaqla NATO-ya daxil olmaqdan imtina etməsindən gedir. Bu gün vəziyyət bu məcrada davam etməkdədir.

- Sizin hazırda səsləndirdiyiniz fikirlər oktyabrda dərc etdiyiniz məqalədə qeyd etdiyiniz fikirlərdən daha da müsbətdir. Belə ki, siz "strateji cəsarətə" səsləyirdiniz və bildirmişdiniz ki, Amerikanın Yaxın Şərqdəki nüfüzü, eləcə də sözügedən region təhlükə altındadır, çunki Rusiya Bəşər Əl-Əsədə hakimiyyətdə qalması üçün kömək etmək məqsədilə İŞİD-dən asılı olmayan qüvvələrə havadan hücumlar endirir. Siz bu hadisələrin gedişatına, doğurdan da, nikbinliklə yanaşırsınız?

- O zamanlar ilkin məlumatlar Rusiyanın ABŞ-dan dəstək alan yerli qruplaşmalara zərbə vurduqlarını təsdiq edirdilər. Biz onları xəbərdar etməliydik və düşünürəm ki, etdik də. Mənə elə gəlir ki, bu dəfə məsələyə nisbətən təmkinli reaksiya verildi. Putin, ilk öncə, qəzəbləndi, lakin daha sonra məsələnin həll yollarından söz açdı. Türklər inad və qəddarlıq nümayiş etdirdilər, lakin bu insidenti böyütmədilər. Beləliklə, baş verən bu dramda tərəflər özlərini daha məntiqli aparırlar. Amma düşünürəm ki, yaxşı ki Türkiyə ərazisində uçan təyyarə bizim tərəfimizdən vurulmayıb, çünki Putinin "bu həbi udması" üçün çox az şansı olardı. Mən, həmçinin şadam ki, bu insident hər hansı Baltikyanı ölkələrin birində baş verməyib, əks halda Rusiya daha da sərt təpki göstərə bilərdi, Baltikyanı ölkələr isə bu təpkini çətin ki dəf edə bilərdilər. Bu halda ABŞ-ın qüvvələrinin müdaxilə etməsi zəruriyyəti açıq-aydın görünərdi.

- Biz Rusiya və Çin (digər nəhəng dövlət) arasında əməkdaşlığın olmasından və onların ABŞ-a qarşı etdiklərindən narahatlıq hissi keçirməliyikmi?

- Mən belə düşünmürəm. Çinin qısa müddətli geostrateji maraqlarına münaqişədən çox sabitlik cavab verir. Stabillik Çinə "Bir kəmər-bir yol" layihəsini ön plana çəkərək, nüfuzunu artırmağa imkan yaradır. Bu layihə Çinin Hind okeanına, eyni zamanda dəniz və dəmir yolları vasitəsilə Mərkəzi Asiyaya və bu ölkələr vasitəsilə Qərbə çıxışını genişləndirmək üçün tətbiq etdiyi ikili proqramdır. Beləliklə, Mərkəzi Asiyada Rusiya və Çin arasında tədricən və yavaşca güclərin tarazlılığının sonuncunun xeyrinə yer dəyişəcəyi güman edilir. Ruslar bununla heç nə edə bilməzlər. Bu layihədə iştirak edən ölkələr isə, Qırğızıstan istisna olmaqla, belə bir perspektivi xoş qarşılayırlar. Onlar dərk edirlər ki, əgər Moskva tərəfindən irəli sürülən Avrasiya ittifaqının bir hissəsi olsalar, müstəqilliklərini itirə bilərlər.

Çinlilər münaqişənin bu və ya digər tərəfinə gizlicə yardım göstərməklə, ictimaiyyət qarşısında bitərəflik göstərməyi çox yaxşı bacarırlar. Bu yaxınlarda onlar Ukraynanın BMT-ın Təhlükəsizlik Şurasına daxil olmasının lehinə səs verdi. Çətin ki, bu addım rusların xoşuna gedərdi.

- Soyuq müharibə zamanı siz "qırğı" kimi tanınırdınız. Görünür, bu gün hesab edirsiniz ki, Rusiya və ABŞ-ın maraqları üst üstə düşür.

- Düzdür. Əgər Yaxın Şərqdə vəziyyət nəzarətdən tamamilə çıxarsa, İranın nüvə proqramı üzrə bu yaxınlarda imzaladığı razılaşması öz qüvvəsini itirə bilər və bunun nəticələri yetərincə təhlükəli olar. Bu isə, öz növbəsində, İsrail üçün ciddi problemlər yarada bilər və İsrail hakimiyyətinin bir hissəsi bu cür hallarda hərbi yoldan istifadə etməyi üstün tutur. Bütün bunlar regionda dəhşətli vəziyyətin yaranmasına gətirib çıxara bilər. Bundan başqa, belə hadisələr regiondan kənarda da sərt reaksiyalarla nəticələnə bilərlər. Belə halda Rusiya və Qərb birlikdə stabillikdə maraqlıdırlar. "Hakimiyyətin ötürülməsi" və Əsədin getməsi ilə bağlı məsələlərə gəldikdə isə, burada uzun danışıqlar aparmaq lazımdır. Lakin düşünmürəm ki, hər hansı bir tərəfin həyati vacib maraqları onun taleyindən asılıdır...

- Lakin Rusiya üzrə bəzi ekspertlər fərz edirlər ki, Putinin məqsədi "Böyük Derjava" statusunu geri qazanmaqdan ibarətdir və bu məqsədə çatmaq üçün o, qarşısındakı bütün əngəlləri dəf edəcək.

- Ola bilər ki, Putinin bu məsələlərə yanaşması irrasionaldır. Bəlli məsələdir ki, o, son çıxan xəbərlərə qəzəblənib. Lakin mənə elə gəlir, ki, o, tez bir zamanda bir məsələni anladı: o, müharibəni başlatmağa can atmadığı müddətdə, eskalasiya ona heç bir divident gətirməyəcək. Bu halda isə növbəti sual yarandı: müharibəni kiminlə aparmaq lazımdır və onun nəticəsi Putinin özü üçün necə olacaq?

Orxan Hun
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42

Göygöldə qəza: xəsarət alan var

19 Sentyabr 2017 20:39

Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq -

19 Sentyabr 2017 20:38

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

19 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olunub

19 Sentyabr 2017 20:30

Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

19 Sentyabr 2017 20:27

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib

19 Sentyabr 2017 20:22

ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”

19 Sentyabr 2017 20:18

ABŞ prezidenti -

19 Sentyabr 2017 20:16

Prezident İlham Əliyev və xanımı müzakirələrin açılış mərasimində iştirak ediblər

19 Sentyabr 2017 20:14

Moldova hökuməti ölkə prezidentindən Konstitusiya Məhkəməsinə şikayət edəcək

19 Sentyabr 2017 20:12

Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

19 Sentyabr 2017 20:03

Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək

19 Sentyabr 2017 20:02

VİDEO: Günəş enerjisi ilə yaşayan uşaqlar -

19 Sentyabr 2017 20:00

Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

19 Sentyabr 2017 19:57

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:53

Azərbaycanda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

19 Sentyabr 2017 19:52

Bu azərbaycanlı bütün dünyada axtarılır

19 Sentyabr 2017 19:50

Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi

19 Sentyabr 2017 19:48

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

19 Sentyabr 2017 19:39

VİDEO: Narkotik vasitə və spirtli içki verib Allaha qurban etdilər -

19 Sentyabr 2017 19:38

Biləsuvarda fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var

19 Sentyabr 2017 19:37

Tramp: “Bu ölkəni məhv etməkdən başqa seçim yoxdur”

19 Sentyabr 2017 19:33

“Neft Daşları”nda yeni quyu istismara verilib

19 Sentyabr 2017 19:30