Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 843 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 723 milyon 784 min 70 manatdan çoxdur.
Fond tərəfindən 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlanılıb.