Sofiyada atışma baş verib, yaralananlar var

Sofiyada atışma baş verib, yaralananlar var
07:52 8 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

Sofiyanın mərkəzində atışma baş verib.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata əsasən, Sofiyanın mərkəzində yerləşən "Paradise" ticarət mərkəzinin yaxınlığında naməlum şəxslər maşından atəş açıblar. Nəticədə 3 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Ticarət mərkəzinin yaxınlığındakı bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR