Moskvada partlayış baş verib, 4 nəfər yaralanıb - FOTO

Moskvada partlayış baş verib, 4 nəfər yaralanıb - FOTO
07:57 8 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında avtobus dayanacağında partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Pokrovka küçəsi, 19 ünvanında yerləşən avtobus dayanacğında baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər yaralanıb.
 
Hazırda hadisə yerində Rusiya hüquq-mühafizə orqanları əməkdaşları, xilas edicilər və təcili tibbi yardım maşınlar var. Partlayışın baş veridiyi məkan əhatəyə alınıb. Baş verən insidentin terror hadisəsi olması ehtimalı var.
 
"Moskva polisi avtobus dayanacağında baş verən partlayışın səbəbini araşdırır. Hadisə yerində əmliyyat-iqtintaq qrupu işləyir" - deyə Daxili İşlər Nazirliyinin şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR