Abşeron rayonunda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO

Abşeron rayonunda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
08:12 8 Dekabr 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda ağır yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Fatmayi-Goradil yolunda qeydə alınıb.
 
Seymur Ələsgərov "VAZ-21015" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil bördürə dəyib. Sürət yüksək olduğundan daha sonra maşın aşıb.
 
Qəza nəticəsində avtomobili idarə edən Seymur Ələsgərov, maşının sahibi Tərxan Məmmədli, eləcə də, sərnişinlər - Rəşad Səlimov və Rəhman Yaqubov xəsarət alıblar. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, müxtəlif xəsarətlərlə daxil olan yaralıların vəziyyətləri orta ağır və ağırdır. Hər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
 
Faktı Abşeron Rayon Polis İdarəsi araşdırır. İdarənin istintaq şöbəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR