Xəzər faciəsindəki 63 neftçiyə veriləcək pulun məbləği - VİDEO

Xəzər faciəsindəki 63 neftçiyə veriləcək pulun məbləği - VİDEO
08:17 8 Dekabr 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" neft yatağının 10-cu platformasında baş vermiş yanğın zamanı orada olan 63 nəfərin hamısına konpensasiya veriləcək.

Dövlət Neft Şirkətinin işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə ANS-ə müsahibəsində həlak olanların ailə üzvlərinə, sağ qalanların isə özlərinə veriləcək təzminatların məbləğini açıqlayıb:

"Maddi yardım verilməsi qaydalarına uyğun olaraq işçi vəfat etdikdə, işçinin ailə üzvülərinin birinə əmək haqının 20 misli qədər təzminat ödənilir. Eyni zamanda vəfat edən işçinin uşağının həddi buluğa, yəni 18 yaşına çatana qədər hər ay əmək haqqının 2,5 misli qədər təzminat ödənilir.

Eləcə də vəfat edən işçinin övladı hər hansı bir ali məktəbdə əyani təhsil alırsa, 23 yaşa çatanadək, əmək haqqının 2,5 misli qədər təzminat ödənilir. Bundan başqa Dövlət Neft Şirkətinin işçiləri həyat sığortası ilə sığortalanıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR