Şahdağ istirahət kompleksində yanğın olub

Şahdağ istirahət kompleksində yanğın olub
09:08 8 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Şahdağ istirahət kompleksində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər berir ki, Qusar rayonu, Aladaş kəndində Şahdağ istirahət kompleksinin ərazisində tikintisi başa çatmamış mehmanxananın ərazisində fəhlələr üçün ayrılmış ümumi sahəsi 300 kv.m olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü 50 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR