Minik avtomobili "KamAZ"a çırpılıb, sürücü ölüb

Minik avtomobili "KamAZ"a çırpılıb, sürücü ölüb
09:17 8 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Xudat-Yalama yolunun Xaçmaz rayonunun Ləcət kəndi ərazisində keçən hissəsində minik avtomobili yük maşınına çırpılıb. Xaçmaz rayonunun Ləcət kənd sakini, 1985-ci il təvəllüdlü Kərimov Kərim Ağaşirin oğlunun idarə etdiyi 27 BA 442 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobili Xaçmaz rayonunun Hacıisaoba kənd sakini, 1981-ci il təvəllüdlü Arif Əmirhəmzəyev Malik oğluinun idarə etdiyi 27 BH 562 qeydiyyat nişanlı "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/388486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR