İran yeni raketini sınadı

İran yeni raketini sınadı
09:47 8 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

İran yeni, orta mənzilli "Qədr-110" ballistik raketinin sınaqlarını keçirib.
Milli.Az Fox News-a istinadən bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin yetkilisi söyləyib.
Onun sözlərinə görə, sınaqlar İranın cənub-şərqində, Pakistanla sərhədin yaxınlığındakı Çobahar limanının yaxınlığında olub.
Raket Oman körfəzinin yaxınlığındakı poliqondan buraxılıb.
"Qədr-110" raketi 1500 km uçuş məsafəsinə malikdir və nüvə başlığı daşıya bilir.
Bu raket "Şahab 3"ün təkmilləşdirilmiş versiyasıdır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR