​Antonio Konte "Çelsi"nin baş məşqçi postuna əsas namizəddir

​Antonio Konte "Çelsi"nin baş məşqçi postuna əsas namizəddir
09:52 8 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. "Report"un "The İndependent"ə istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis "Çelsi"nin baş məşqçi postuna əsas namizəddir.
"Zadəganlar"ın AVRPO-2016-dan sonra italiyalı mütəxəssisə təklif göndərəcəyi bildirilir. Danışıqlar müsbət nəticələnsə, Konte bu postda Joze Mourinyonu əvəzləyəcək.
Qeyd edək ki, Antonio Kontenin İtaliya milli komandasının baş məşqçi postunda fəaliyyət müddəti 2017-ci ildə başa çatır. AVRO-2016-nın seçmə mərhələsində "Skuadra Adzurra" Azərbaycan yığması ilə eyni qrupda yer alıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR