Əbülfəs Qarayev iki şöbə müdirini vəzifədən azad edib

Əbülfəs Qarayev iki şöbə müdirini vəzifədən azad edib
09:57 8 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov vəzifədən azad olunub. "Report" xəbər verir ki, bu barədə qərar Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə keçirilən kollegiya iclasında qəbul olunub. 
S.Bəşirov şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə işdən çıxarılıb.  Onun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.
Həmçinin 65 yaşı tamam olduğuna görə Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixində xitam verilməsi haqda qərar qəbul olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-iki-sobe-mudirini-vezifeden-azad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR