Leyla Əliyeva Parisdə iqlim dəyişikliyi üzrə konfrans çərçivəsində rəsmi qəbulda iştirak edib

Leyla Əliyeva Parisdə iqlim dəyişikliyi üzrə konfrans çərçivəsində rəsmi qəbulda iştirak edib
09:58 8 Dekabr 2015
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib.

Trend-in məlumatına görə, rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2466605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR