Xalq artisti milad opera forumuna qatılacaq

Xalq artisti milad opera forumuna qatılacaq
10:11 8 Dekabr 2015
21 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, xalq artisti Samir Cəfərov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minskdə qastrol səfərində olacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, S.Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI beynəlxalq milad opera forumunda iştirak edəcək.

Son illərdə milad opera forumu Belarus Respublikasının mədəni həyatında əsas tədbirlərdən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Forum çərçivəsində təşkil edilən tamaşa və konsertlərə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar dəvət olunur, premyeralar və qala-konsertlər keçirilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR