Azərbaycanlı şair vəfat edib

Azərbaycanlı şair vəfat edib
10:17 8 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Şair Sərraf Şiruyə vəfat edib. Bu barədə APA-ya şairin qohumu Qılman İman məlumat verib.

Sərraf Şiruyə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi Bərdə rayonunda keçiriləcək. 
 
Qeyd edək ki, S. Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub.1992-1996-cı illərdə döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərib.
 
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H.B.Zərdabi" mükafatları laureatıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR